KİV: Əl-Qaidə lideri Əymən əz-Zəvahiri ölüb

Üsamə bin Ladendən sonra Əl-Qaidənin lideri olmuş Əymən Əz-Zəvahiri vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 12:57

Üsamə bin Ladendən sonra Əl-Qaidənin lideri olmuş Əymən Əz-Zəvahiri vəfat edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Əfqanıstan və Pakistanda olan təhlükəsizlik qurumlarının azı dörd mənbəsi Əymən əz-Zavahirinin ölümünü təsdiqləyiblər.

 

Bildirilib ki, Əymən əz-Zavahiri son günlərdə 69 yaşında vəfat edib.

 

Əz-Zaharinin sonuncu dəfə iki ay öncə 11 sentyabr hadisəsilə bağlı internetdə səsyazısı yayımlanmışdı. 

 

Bu məluamtı Pakistanın, Əfqanıstanın və ya ABŞ -ın rəsmi mənəbləri hələ təsdiqləməyiblər.

 

Əl-Qaidə liderinin xələfinin adı da hələ açıqlanmayıb.