Livanda 70 məhbus həbsxanadan qaçıb

Livanın Bəabda rayonunda yerləşən həbsxanadan 70 məhbus qaçmağa müvəffəq olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 14:26

 Livanın Bəabda rayonunda yerləşən həbsxanadan 70 məhbus qaçmağa müvəffəq olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu gün səhər Beyrutun şərqində yerləşən Bəabda həbsxanasından 70 məhbus qaçıb.

 

Məlumata görə təhlükəsizlik qüvvələri məhbuslardan 9-nu ələ keçiriblər.

 

Ölkə polisi qaçan məhbuslardan 5-nin Beyrut ətrafında baş verən avtomobil qəzasında öldüyünü bildirib.

 

Qaçanlar arasında təhlükəsizlik məsələlərilə bağlı həbs edilmiş məhbusların olduğu deyilir.