Dünyada COVID-19-a yoluxanların sayı 58 milyonu keçib

...koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 15:32

Dünyada COVID-19-a yoluxanların sayı 58 milyonu keçib.

 

İnterAz "worldimeters”ə istinadən xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 58 007 603  nəfərə çatıb.

 

Məlumata əsasən virusdan ölənlərin sayı 1 379 546, xəstəlikdən sağalanların sayı isə 40 195 366 nəfərdir.

 

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.