Dağıstanın başçısı koronavirusa yoluxub
Dağıstan Respublikasının başçısı səlahiyyətlərini müvəqqəti icra edən general-polkovnik Sergey Melikovda COVID-19 aşkarlanıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 16:15
Dağıstan Respublikasının başçısı səlahiyyətlərini müvəqqəti icra edən general-polkovnik Sergey Melikovda COVID-19 aşkarlanıb.
İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Dağıstan hökumətinin mətbuat xidməti yayıb.
General-polkovnik özünü yaxşı hiss etdiyini və təcrid vəziyyətində işləməyi planlaşdırdığını deyib.
Qeyd edək ki, S.Melikov 2020-ci il oktyabrın 5-də təyin edilib. O, Vladimir Vasilyevi əvəzləyib.