Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyaya əsasən dövlətə rəhbərlik etməyəcəyini açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Noyabr 2020, 17:22

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyaya əsasən dövlətə rəhbərlik etməyəcəyini açıqlayıb.

 

İnterAz xəbər verir ki, bu barədə “Sputnik Belarus" məlumat yayıb.

 

“Özüm üçün heç bir konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə prezident olaraq sizinlə birlikdə çalışmayacağam. Ona görə də sakit olun və səbrlə gözləyin”,- deyə Lukaşenko bildirib.

 

Lukaşenko həmçinin qeyd edib ki, o, yeni konstitusiya adı altında saxtalaşdırma cəhdlərinə və saxta yeni seçkilərin keçirilməsinə icazə verməyəcək.