Ermənistan prezidenti Rusiyaya səfər edib
...Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfər edib
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 28 Noyabr 2020, 12:19
Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfər edib.
İnterAz-ın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
Bildirilib ki, bu gün A. Sarkisyan Moskvaya qeyri-rəsmi səfərə gedib. Səfər çərçivəsində o, Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşlər keçirəcək.