Kabildə partlayış nəticəsində Rusiya səfirliyinin bir neçə işçisi xəsarət alıb

...Ötən gecə Kabildə Rusiya səfirliyi yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin bir neçə işçisi yaralanıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 02 Dekabr 2020, 12:16

Ötən gecə Kabildə Rusiya səfirliyi yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin bir neçə işçisi yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu məlumatı ölkənin XİN sözçüsü Mariya Zaxarova təsdiqləyib.

 

Bildirilib ki, Kabildə Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində bir neçə işçi xəsarət alıb.

 

İlkin məlumata görə bu partlayışı planlayanların hədəfi yaxınlıqda olan polis maşınları olub.

 

Rusiya mənbələri Kabildəki səfirliyin təhlükəsizliyinin artırılması üçün əlavə tədbirlərin görüldüyünü bildirib.

 

Partlayışı hələ heç bir qrup üzərinə götürməyib.