Rusiya Federasiya Şurasının sədri özünütəcrid rejiminə keçib
...Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko koronavirusa yoluxmuş şəxslə təmasda olduğuna görə karantinə alınıb
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 02 Dekabr 2020, 12:55
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko koronavirusa yoluxmuş şəxslə təmasda olduğuna görə karantinə alınıb.
İnterAz-ın məlumatına görə, bu barədə Federasiya Şurasının vitse-spikeri Andrey Yatskin bildirib.
Onun sözlərinə görə, Valentina Matviyenko özünütəcrid rejiminə keçib: “Federasiya Şurasının spikeri məsafəli rejimdə işləməyə davam edir”.