Tramp seçkilərdən sonra 170 milyon dollar ianə toplayıb

ABŞ Prezidenti Donald Tramp seçkilər başlayan gündən indiyə qədər 170 milyon dollar ianə toplayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 14:38

ABŞ Prezidenti Donald Tramp seçkilər başlayan gündən indiyə qədər 170 milyon dollar ianə toplayıb.

 

İnterAz gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə "ABCnews"a mənbədən məlumat verilib. 

 

Məlumata görə, pul toplama metodlarından biri Trampın qərargahından seçkilərdə  saxtakarlıqların olduğu və "seçkiləri qorumaq üçün" fonda dəstək təkliflərinə dair elektron məktublar olub.

 

“Atam poçtla səs verməyin problem yaradacağını söyləyərkən yüz faiz haqlı idi. Biz ədalətli, açıq seçkilərə layiqik”, deyə "ABC" Trampın oğlu tərəfindən imzalanan məktublardan birindən sitat gətirir.