Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

Biz bir müştəri olaraq istəyirik ki, nefti satan mənbələr çox olsun...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 15:41

 Hindistan Co Baydenin dövründə İrandan və Venesueladan neft almağı bərpa etmək və enerji idxalı ilə bağlı mənbələrini çoxaltmaq istəyir.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Hindistanın Neft naziri Darmendra Pradan deyib.

 

Gələcəkdə neftin idaxlı ilə bağlı sualları cavablandıran nazir bildirib ki, ölkəsi Co Baydenin dövründə İran və Venesualadan neftin idxalını bərpa etməyi istəyir.

 

“Biz bir müştəri olaraq istəyirik ki, nefti satan mənbələr çox olsun. Neft almaq üçün uz tutacağımız məqsədlər nə qədər çox olsa bir o qədər yaxşıdır”, deyə Hindistan Neft naziri ölkəsinin İran neftinin müştərisi olmaq istədiyini vurğulayıb.

 

Bildirək ki, dünya ictimaiyyətini təmsil edən 5+1 ölkələri 2015-ci ildə İranla nüvə sazişi imzalasalar da, ABŞ 2018-ci ildə bu sazişdən çıxıb və İrana qarşı sərt sanksiyalara başlayıb. Buna əsasən İrandan neft alan ölkələr də müəyyən sanksiyalara məruz qalırlar. ABŞ prezident seçkilərində qalib gələn Co Beyden nüvə sazişinə qayıdacağını bildirib.