Gürcüstanda COVID-19-a yoluxan tibb işçilərinin sayı 8 mini ötüb

Gürcüstanda tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 8 min nəfəri ötüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 16:24

Gürcüstanda tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 8 min nəfəri ötüb.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

 

Onun sözlərinə görə, yoluxanların bir hissəsi artıq sağalaraq işə dönüb, bir neçəsi isə vəfat edib.

 

A.Qamkrelidze Gürcüstanın səhiyyə sisteminin yüklənməyə baxmayaraq, artmaqda olan pasiyentlərin öhdəsindən gəldiyini qeyd edib.