İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib
İran nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terroru icra edən terrorçulardan bir neçəsinin kimliyi müəyyənləşib...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 17:17
İran nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terroru icra edən terrorçulardan bir neçəsinin kimliyi müəyyənləşib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın vitse-prezidenti Əli Rəbii ölkənin İkinci telekanalına verdiyi açıqlamada deyib.
O bildirib ki, ölkənin Kəşfiyyat Nazirliyinin başlatdığı axtarış əməliyyat tədbirləri nəticəsində terrorun icrasında iştirak edənlərdən bir neçəsinin kimliyi müəyyən edilib.
Qeyd edək ki, bundan öncə Sepah-ın mətbuat xidməti bəyan edib ki, terrorla bağlı araşdırmaların yekun nəticəsi ölkənin Milli Təhlükəsizli Ali Şurası tərəfindən xalqa çatdırılacaq.