Ərdoğan: Türkiyə Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almadı

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Yanvar 2021, 16:36

Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdəyik. Terrorla mübarizədə yanımızda olmalısınız. Amma hansı səbəbdən bu ölkələr bizim yanımızda yer almırlar?”

 

SalamNews "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciət edərkən deyib.

 

"Bizim yanımızda olmadılar. Minlərlə yük maşını silah, döyüş sursatı və avadanlıq göndərildi. Terror təşkilatları bunlarla bizə qarşı döyüşdü. Bir NATO ölkəsi olaraq döyüşdük, vuruşuruq, vuruşacayıq.  Geri çekilmək yoxdur", o bildirib.

 

Onun sözlərinə görə, eyni şəkildə  Türkiyə Liviya, Dağlıq Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb.

 

"ATƏT-in Minsk qrupunun 30 ildə həll edə bilmədiyi problem verdiyimiz dəstəklə 44 gündə həll edildi".