Slovakiyada fövqəladə vəziyyət rejimi 40 gün uzadılıb

...Slovakiyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi 40 gün müddətinə uzadılıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Yanvar 2021, 14:14

Slovakiyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi 40 gün müddətinə uzadılıb.

 

İnterAz-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərarı Slovakiyanın Milli Şurası (parlament) təsdiqləyib.

 

Məlumata əsasən, ölkədə fövqəladə vəziyyət rejimi fevralın 10-u bitəcək.

 

Qeyd edək ki, əhalisinin sayı təxminən 5,5 milyon olan Slovakiyada 211 479 nəfər koronavirusa yoluxub, 3 102 nəfər koronavirusdan ölüb.