Türkiyənin səhiyyə naziri canlı yayımda COVID-19-a qarşı peyvənd olunub

Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 20:59

Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub.

 

İnterAz NTV-yə istinadən xəbər verir ki, bu addım Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatının Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verməsindən sonra atılıb.

 

Qeyd edək ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.