ABŞ İmam Rza Ziyarətgahının İdarəsinin rəhbərinə sanksiya tətbiq edib

Sözügedən sanksiya addımı İranda ümumilikdə 16 fiziki və hüquqi şəxsi hədəfə alıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2021, 10:04

 Donald Tramp Administrasiyası İrana qarşı sərt sanksiyalarını genişləndirmək siyasəti fonunda bu ölkədə bir neçə dövlət və dini quruma sanksiya tətbiq edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Xəzinədarlıq Departamenti bəyanat verib.

 

Bildirilib ki, İranda Ayətullah Xameneinin tabeliyində olan (İmam Rza Zİyarətgahı İdarəsinin rəhbəri) Əhməd Mərviyə, eləcə də (son günlərdə İranda koronavirusa qarşı yerli peyvəndin istehsalını maliyyələşdirən) “Setade Ecraiye Fərmane Emam” adlı xeyriyyə fondunun rəhbərinə sanksiyalar tətbiq edilib.

 

Sözügedən sanksiya addımı İranda ümumilikdə 16 fiziki və hüquqi şəxsi hədəfə alıb.

 

Qeyd edək ki, hal hazırda ABŞ Konqresi Donald Trampın səlahiyyət müddətinə 6 gün qalmasına baxmayaraq, onun impiçmenti ilə bağlı qərar qəbul edib.