Koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertləri Uhan şəhərindədir

...Yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xəstəliyin ilk qeydə alındığı Çinin Uhan şəhərinə səfər ediblər

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Yanvar 2021, 10:40

Yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xəstəliyin ilk qeydə alındığı Çinin Uhan şəhərinə səfər ediblər.  

 

İnterAz-ın xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. 

 

ÜST-ün ekspertlərini daşıyan təyyarə yerli vaxtla saat 11:05-də Uhan beynəlxalq aeroportuna enib. 

 

 

Səfər çərçivəsində ÜST-ün ekspertləri çinli alimlərlə koronavirusun mənşəyini araşdıracaqlar. 

 

Qeyd edək ki, bundan əvvəl Çin hökuməti ölkədə mövcud qaydalara görə mütəxəssislərin 14 günlük karantində qalmalı olduğunu bəyan edib. Bu müddət ərzində ÜST-ün ekspertləri çinli alimlərlə videokonfrans formatında məsləhətləşmələr aparacaqlar. 

 

Xatırladaq ki, COVID-19-un mənşəyini araşdıracaq ÜST-ün ekspertləri uzun müddətdir Çinə giriş icazəsi gözləyirdilər. ÜST səfərin gecikməsinin viza problemi ilə bağlı olduğunu bəyan etmişdi.