Tramp impiçment qərarından sonra açıqlama verib

Son bir həftə ərzində yaşanan şiddət hadisələrini qınamaq istəyirəm ...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2021, 11:14

ABŞ Prezidenti Donald Tramp bir daha şiddəti pisləyərək insanları barışığa çağırıb, amma Nümayəndələr Palatasının qəbul etdiyi impiçment qərarını şərh etməyib.

 

İnterAz bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

 

"Son bir həftə ərzində yaşanan şiddət hadisələrini qınamaq istəyirəm ... Kütlənin şiddəti inandığım hər şeyə ziddir", deyə dövlət başçısı video müraciətində bildirib.

 

Tramp bildirib ki, diqqəti ölkənin maraqları üzərində cəmləşdirmək lazımdır və  bütün amerikalıları "anlıq ehtiraslarını aşaraq" birləşməyə çağırıb.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ tarixində iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır.

 

Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Amma o vaxt Senat Trampa bəraət qazandırmışdı.