İsrail körfəz ərəb ölkələri arasında əlaqələrin normallaşmasının Təl-Əviv üçün faydalarını açıqlayıb

... O, iddia edib ki, gələn aylarda daha 4 dövlət İsraillə əlaqələri normallaşdıracaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2021, 11:43

İsrail rəsmilərinin sözlərinə görə Qətərlə Səudiyyə arasındakı gərginliyin bitməsi, Təl-Əvivlə digər ərəb dövlətləri arasında münasibətlərin normallaşmasına təkan verəcək.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İsrailin Kəşfiyyat naziri Eli Kohen ölkə mətbuatına açıqlamasından deyib.

 

İsrailli nazir bildirib ki, son günlərdə Qətərlə Səudiyyə Ərəbistanı arasında yaxınlığın baş tutuması, Təl-Əvivlə digər ərəb dövlətləri arasında münasibətlərin normallaşması üçün yeni fürsətlər yaradacaq.

 

O, iddia edib ki, gələn aylarda daha 4 dövlət İsraillə əlaqələri normallaşdıracaq.

 

Qeyd edək ki, son 5 ayda daha 4 ərəb dövləti qeyd edilən addımı atıb və İsraillə münasibətləri normallaşdıran və rəsmiləşdirən ərəb dövlətlərinin sayı altıya çatıb.