Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb

...Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Yanvar 2021, 11:53

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

 

İnterAz-ın xəbərinə görə, ilk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib.

 

Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

 

Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.