ÜST COVID-19 pandemiyası ilə bağlı daha çətin il ola biləcəyini istisna etməyib

...Koronavirus pandemiyasının ikinci ili ilkindən daha ağır ola bilər

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Yanvar 2021, 12:34

Koronavirus pandemiyasının ikinci ili ilkindən daha ağır  ola bilər.

 

İnterAz-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının təcili yardım proqramının direktoru Maykl Rayan səsləndirilib.

 

"Biz (pandemiyanın - red.) ikinci ilinə qədəm basdıq, bunun (koronavirus - red.) yayılma dinamikası və yaratdığı bəzi problemləri nəzərə alsaq daha da çətin ola bilər", o qeyd edib.

 

ÜST nümayəndəsi son iki həftə ərzində təşkilata daxil olan məlumatların yoluxmaların "yenidən pik həddə çatdığını" göstərdiyini vurğulayıb.