Euronews: Donald Tramp tarixə düşüb

Donald Trump qiyama təhrik etməkdə ittiham edilir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2021, 13:15

ABŞ Konqresinin Nümayəndələr Palatası hazırkı prezidentə impiçment edilməsi barədə qərar qəbul edib. Donald Trump qiyama təhrik etməkdə ittiham edilir. 

 

İnterAz  "Euronews"a istinadən xəbər verir ki, Amerika dövlətçiliyi tarixində ilk dəfədir ki, ölkə  lideri iki dəfə hakimiyyətdən kənarlaşdırma proseduruna məruz qalır.

 

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi bununla bağlı deyib: "Donald Tramp ölkəmiz üçün açıq şəkildə təhlükə yaradır və biz qətnaməni dəstəkləyərək prezidentin konstitusiyanın zəmanəti  olacağına dair andın sözlərini bir daha təsdiqlədik".

 

Demokratlara 45-ci prezidentin partiya üzvləri də qatııb, Respublikaçı 10 konqresmen aşağı palataya göndərilən qərarı dəstəkləyib.

 

"Şübhəsiz ki, prezident üsyana təhrik etdi. Bu, onun sosial şəbəkələrdə yayımladığı yazılardan da aydın görünür", Respublikaçı Konqresmen Con Ketko deyib.

 

Ancaq bütün Respublikaçılar bu mövqeyi dəstəkləməyiblər.