Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini ötüb
...Rusiyada son bir gündə daha 21 513 nəfərə COVID-19 diaqnozu qoyulub
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 Yanvar 2021, 12:16
Rusiyada son bir gündə daha 21 513 nəfərə COVID-19 diaqnozu qoyulub.
İnterAz xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 677 352 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 580 nəfər artaraq 68 412-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 081 536 nəfər sağalıb.