Cavad Zərif: Tramp getdi, amma İran və qonşuları qaldı

Gərək ki, Fars körfəzi hövzəsində olan ərəb dövlətləri 4 il Trampı əbəs yerə gözlədiklərini anlamış olsunlar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 13:46

“Gərək ki, Fars körfəzi hövzəsində olan ərəb dövlətləri 4 il Trampı əbəs yerə gözlədiklərini anlamış olsunlar. İndi Tramp gedib və İranla qonşuları qalıb. İran dəfələrlə bu ölkələrlə danışıqlarla bağlı təklifləri qəbul edib. Bölgə bizim hamımızındır. Onun təhlükəsizliyi də hamının iştirakı ilə əldə edilə bilər."

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə mətbuatına açıqlamasında deyib.

 

O, Donald Tramp Administrasiyasının getməsindən sonra İranın qonşu ərəb dövlətlərilə əlaqələrinin gəcələyi barədə fikirlərini açıqlayıb və bilirib ki, İran həmişəki kimi danışıqlara hazırdır.

 

“Biz əvvəl Küveytin, sonra da Qətərin danışıqlarla bağlı təkliflərini alqışladıq. Nüvə sazişi zamanında da bunu demişdik, indi də buna hazırıq. Keveytin əmiri ərəb dövlətlərinə, İranla danışıqlarla bağlı təklif edəndə dedilər ki, Tramp yeni gəlib, görək nə olur?! Bu ölkələr 4 ili itirdilər. Gərək ki, indi Fars körfəzi hövzəsində olan ərəb dövlətləri 4 il Trampı əbəs yerə gözlədiklərini anlamış olsunlar”, deyə Cavad Zərif artıq Trampın getdiyi, bölgədə İranda qonşuların qaldığını bildirib.