Kreml qanunsuz aksiyalarda iştirakla bağlı tələbələrə xəbərdarlıq edib

Kreml yanvarın 23-də Moskvada planlaşdırılan razılaşdırılmamış etiraz aksiyasında iştiraka çağırışları qəbuledilməz hesab edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 14:26

Kreml yanvarın 23-də Moskvada planlaşdırılan razılaşdırılmamış etiraz aksiyasında iştiraka çağırışları qəbuledilməz hesab edir.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Sözsüz ki, burada razılaşdırılmamış, qanunsuz tədbirlərə çağırışlarla əlaqəli müəyyən fəaliyyətlər var. Buna görə də qanuna əməl edilməməsi ilə əlaqədar mümkün nəticələr barədə xəbərdarlıqların edilməsi təbiidir. Kremlin bu məsələdə ancaq mövqeyi qanunlara riayət olunması və qeyri-qanunu aksiyalar keçirilməsinə yol verilməməsi olar bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

 

D. Peskov ali məktəb tələbələrinin yanvarın 23-də planlaşdırılan aksiyada iştirakı məsələsinə də münasibət bildirib: “Tələbələrin müəyyən aksiyalarda iştirakı, əlbəttə ki, onların şəxsi işidir. Lakin tələbələrin qanunsuz aksiyalarda iştirakı, əlbəttə ki, bu təhsil müəssisələrinin rəhbərliyi tərəfindən çox fərqli qiymətləndirmələrə səbəb ola bilər”.