Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

...Yeni yoluxanlardan 119-u asemptomatik daşıyıcıdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 15:15

Çində son sutkada 222 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.

 

Bu barədə "TASS" Çin Xalq Respublikasının Dövlət Gigiyena və Səhiyyə Komitəsinə istinadən xəbər verir.

 

Yeni yoluxanlardan 119-u asemptomatik daşıyıcıdır.

 

Ötən il 15 aprel tarixindən etibarən bütün dövr ərzində ölkədə yalnız bir nəfərin virusdan ölümü qeydə alınıb.

 

Yerli tibb müəssisələrində 1.674 xəstə müalicə alır.

 

İnterAz xəbər verir ki, son sutkada 27 nəfər sağalıb.