ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

...Hazırda insident və soyuducuya quraşdırılmış siqnalizasiyanın işləməməsinin səbəbləri araşdırılır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 15:51

ABŞ-ın Boston şəhərində xəstəxanada xadimənin səhvən soyuducunu söndürməsi nəticəsində "Moderna" şirkətinin istehsalı olan koronavirus peyvəndinin 2 minə yaxın dərman dozu korlanıb.

 

İnterAz xəbər verir ki, bunu "ABC" kanalına xəstəxana nümayəndəsi Kayli Totoya açıqlayıb.

 

"Soyuducu təhlükəsiz bir yerdə idi və siqnalizasiya sistemi ilə təchiz olunmuşdu. Müqavilə əsasında çalışan bir işçi təmizlik zamanı onu səhvən çıxardıqdan sonra yerinə taxmayıb", Toto bildirib.

 

Hazırda insident və soyuducuya quraşdırılmış siqnalizasiyanın işləməməsinin səbəbləri araşdırılır.