BMT Suriyada kürd bölmələrinin nəzarətindəki düşərgələrin vəziyyətilə bağlı xəbərdarlıq edib
BMT Fəratın şərqində kürd bölmələrinin nəzarətindəki əl-Houl düşərgəsində saxlanılan şəxslərin vəziyyətilə bağlı xəbərdarlıq edib...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 17:12
BMT Fəratın şərqində kürd bölmələrinin nəzarətindəki əl-Houl düşərgəsində saxlanılan şəxslərin vəziyyətilə bağlı xəbərdarlıq edib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordniatorluğu məlumat yayıb.
Bildirilib ki, BMT cari yanvar ayının əvvəlində Fəratın şərqindəki əl-Houl düşərgəsində 12 iraqlı və suriyalı vətəndaşın ölümü ilə bağlı məlumatlar əldə edib.
BMT-nin sözügedən qurumu burada düşərgəni nəzarətdə saxlayan qurumlara xəbərdarlıq edib və məhbusların vəziyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin işi ilə bağlı tələb irəli sürüb.
Qeyd edək ki, əl-Houl düşərgəsində 62 min qaçqın və müxtəlif radikal birləşmələrə qatılmış silahlıların ailə üzvləri qalır.