ABŞ-da COVID-19-dan ölənlərin sayı 410 mini ötüb

...ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 188 952 yoluxma halı qeydə alınıb, 3 955 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 17:52

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 188 952 yoluxma halı qeydə alınıb, 3 955 nəfər vəfat edib.

 

İnterAz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 24,6 milyon yoluxma qeydə alınıb.

 

ABŞ-da COVID-19-dan ölənlərin sayı 410 mini ötüb.