Çin İrana 250 min koronavirus vaksini hədiyyə edib

Çin Xalq Respublikası İran İslam Respublikasına Covid-19 virusuna qarşı 250 min doza peyvənd hədiyyə edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2021, 17:42

Çin Xalq Respublikası İran İslam Respublikasına Covid-19 virusuna qarşı 250 min doza peyvənd hədiyyə edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

 

Bildirilib ki, Çin Xalq Respublikası İrana 250 min dozalıq Sınopharm vaksini hədiyyə edib.

 

Əlavə edilib ki, bu vaksinlər yaxın günlərdə ölkəyə gətiriləcək.

 

Qeyd edək ki, İranda indiyə qədər koronavirusun Covid-19 növündən 60 minə yaxın adam ölüb. İran prezidenti ötən həftə çıxışlarının birində koronavirusun dördüncü dalğasının baş qaldıra biləcəyi haqda xəbərdarlıq etmişdi.