Ağ Ev: ABŞ İranla danışıqlara açıqdır

Yeni Vaşinqton administrasiyası Tehranla danışıqlara açıqdır, lakin bu cür əlaqələr öncəsi əlavə addımlar atmağa və İranın hər hansı tələbini yerinə yetirməyə hazır deyil...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Fevral 2021, 09:10

Yeni Vaşinqton administrasiyası Tehranla danışıqlara açıqdır, lakin bu cür əlaqələr öncəsi əlavə addımlar atmağa və İranın hər hansı tələbini yerinə yetirməyə hazır deyil.

 

İnterAz xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

 

Psaki ABŞ hökumətinin bundan əvvəl də İranla “diplomatiyaya açıq olması” ilə bağlı siqnallar verdiyini xatırladıb: “Biz bunu gözləyərkən əlavə addımlar atmağa hazır olduğumuza dair siqnallar göndərməmişik. Bizim hazır olduğumuz masaya oturub diplomatik danışıqlar aparmaqdır”.