Ərdoğan: AB miqrantlarla bağlı öhdəliklərini yerinə yetirmədi

...Avropa Birliyi Yunanıstandakı 100 min qaçqın üçün 3 milyard avro ayırdı, amma Türkiyədəki 4 milyon qaçqın üçün barmağını belə tərpətmədi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 10:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Birliyini miqrasiya böhranının həll edilməsi üçün yetəri qədər səy göstərməməyə və bu məsələdə ikili standartlara  yol verməyə görə tənqid edib.

 

"Avropa Birliyi Yunanıstandakı 100 min qaçqın üçün 3 milyard avro ayırdı, amma Türkiyədəki 4 milyon qaçqın üçün barmağını belə tərpətmədi. Çörəyimizi qaçqınlarla bölüşdük, maddi imkanları Türkiyədən daha geniş olan ölkələr onları düşərgələrə göndərdi", Ərdoğan, Türkiyənin qərbindəki İzmir şəhərində keçirilən Beynəlxalq Miqrasiya Konfransında çıxış edərkən bildirib.

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, o, Türkiyə-Yunanıstan sərhədindəki qaçqınların yunan təhlükəsizlik qüvvələri tərəfindən açıq şəkildə təqib edildiyini və bunun nəticəsində "utancverici mənzərə"nin yarandığını qeyd edib.