Rusiyada koronavirusdan ölənlərin sayı 84 mini ötüb
Rusiyada son bir gündə daha 11 823 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Fevral 2021, 12:19
Rusiyada son bir gündə daha 11 823 nəfərə COVID-19 diaqnozu qoyulub.
İnterAz xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 189 153 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 417 nəfər artaraq 84 047-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 739 344 nəfər sağalıb.