Ermənistanda növbəti etiraz aksiyası, saxlanılanlar var

Ermənistanda hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirilib..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 12:46

Ermənistanda hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirilib.

 

İnterAz “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bina qarşısında toplaşan aksiya iştirakçıları “Nikol xaindir” şüarını səsləndiriblər.

 

Baş nazir Nikol Paşinyan müxalifət tərəfdarlarının ona qarşı səsləndirdiyi şüarlar altında hökumət binasına daxil olub.

 

25 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılaraq bölmələrə aparılıb.