Ukrayna “Oksford” peyvəndini qeydiyyata alıb

“Oxford/AstraZeneca” peyvəndi Ukraynada qeydiyyata alınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 13:14

“Oxford/AstraZeneca” peyvəndi Ukraynada qeydiyyata alınıb.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin teleqram hesabında məlumat verilib.

 

“Səhiyyə Nazirliyi təcili tibbi istifadə üçün “Oxford/AstraZeneca” peyvəndini qeydiyyata aldı”,- deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, kod adı “AZD1222” olan peyvənd Oksford Universiteti və İngiltərə-İsveç şirkəti “AstraZeneca” tərəfindən birgə inkişaf etdirilib.