Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb

...bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi feysbuk hesabında məlumat verilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 14:44

Türkiyəyə hava, quru və ya dəniz yolu ilə daxil olan şəxslərdən neqativ koronavirus test nəticəsi tələbinin müddəti uzadılıb.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi feysbuk hesabında məlumat verilib.

 

“Koronavirusa yoluxma hallarına nəzarəti saxlamaq məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizə quru, dəniz və hava yolu ilə gələcək şəxslərdən son 72 saat içində verilmiş neqativ koronavirus test nəticəsi tələbi və neqativ nəticəsi olmayan şəxslərin karantinə alınmasına dair qaydaların müddəti 15 aprel 2021-ci il tarixinə qədər uzadılıb”,- deyə məlumatda qeyd olunub.

 

sss