Türkiyədə helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

...Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi səbəbi ilə baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 09:00

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi səbəbi ilə baş verib. 

 

İnterAz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə naziri Hulusi Akar bildirib.

 

"İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə əlaqədardır", o deyib.

 

Nazir faktla bağlı istintaq başlanacağını qeyd edib.

 

"Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək", Akar bildirib.

 

Qeyd edək ki, qəza nəticəsində biri general-leytenant olmaqla 11 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.

 

Ölənlər arasında Türkiyə ordusunun 8-ci korpusunun komandiri general Osman Erbaş da var.

sss