ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb

...pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 14:16

Koronavirus pandemiyası bütün 2021-ci il boyunca davam edəcək.

 

İnterAz-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

 

O bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar:

 

"Hesab edirəm ki, 2021-ci il də koronavirus ili olacaq. Amma pandemiyaya nəzarət etmək daha asan olacaq. Gözləmək olar ki, pandemiya 2022-ci ilin əvvəlinədək başa çatacaq. Amma bu o, demək deyil ki, virus itəcək".

sss