Ermənistanda COVID-19-a gündəlik yoluxma sayı yenidən 500-ü ötüb

...Ermənistanda son sutkada daha 508 nəfər COVID-19-a yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Mart 2021, 13:05

Ermənistanda son sutkada daha 508 nəfər COVID-19-a yoluxub.

 

İnterAz xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 174 257-yə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 219-a yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 824 nəfərdir. İndiyədək 164 654 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 5 560 aktiv koronavirus xəstəsi var.

sss