ABŞ-da koronavirusun ikiqat mutasiyalı ştammı aşkarlanıb

ABŞ-da koronavirusun ilk dəfə Hindistanda aşkarlanan ikiqat mutasiyalı “Hindistan ştammı” müəyyənləşdirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 09:50

ABŞ-da koronavirusun ilk dəfə Hindistanda aşkarlanan ikiqat mutasiyalı “Hindistan ştammı” müəyyənləşdirilib.

 

İnterAz xəbər verir ki, bu barədə “San Francisco Chronicle” qəzeti Stanford Kliniki Virusologiya Laboratoriyasının mütəxəssislərinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, ştamm San-Fransisko Körfəzində yaşayan bir nəfərdə aşkarlanıb. “Hindistan ştammı” ilə təmasda olan daha yeddi nəfər test edilib və nəticələr gözlənilir.

 

Bu ştamm martın sonunda ortaya çıxıb.

sss