İran Qırmızı dənizdə hücuma məruz qalan gəmisinin fiziki vəziyyətini açıqlayıb

...“Cibuti sahilinə yaxın sularda partlayışa məruz qalan gəminin xəsarəti cüzidir”

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 12:55

“Cibuti sahilinə yaxın sularda partlayışa məruz qalan gəminin xəsarəti cüzidir.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

 

O, Qırmızı dənizdə İranın bir ticarət gəmisinin partlayışa məruz qaldığını bildirib və qeyd edib ki, dəymiş xəsarət cüzidir.

 

O əlavə edib ki, partlayışın necə baş verməsi, səbəbi və mənşəyi araşdırılır.

 

Qeyd edək ki, New-York Times qəzeti bildirib ki, İsrail tərəfi bu hücumun onlar tərəfindən həyata keçirilməsi haqda ABŞ-a məlumat verib.

 

sss