Ermənistan polisi Paşinyanın istefasını tələb edən nümayişçiləri həbs etməyə başlayıb

...Ermənistan polisi bu gün Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə hökumət binası qarşısında etiraz aksiyası keçirən "Veto" müxalifət hərəkatının üzvləri olan qadınları həbs etməyə başlayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 07 Aprel 2021, 14:32

Ermənistan polisi bu gün Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə hökumət binası qarşısında etiraz aksiyası keçirən "Veto" müxalifət hərəkatının üzvləri olan qadınları həbs etməyə başlayıb.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, etiraz aksiyası yerli xəbər portalları tərəfindən yayımlanıb.

 

"Qapıları açın, binaya girməliyik və torpaqlarımızı təslim edən və minlərlə övladımızı öldürən türk yanlısı hökuməti oradan qovmalıyıq. Yoldan çəkilin", etirazçılar bağıraraq hökumət binasına yumurta atmağa başlayıb.

 

Daha sonra aksiya iştirakçılarını gözaltına almağa başlayıblar.

 

sss