Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

...Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 07 Aprel 2021, 14:53

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir. 

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir. 

sss