Misirlə Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlar dayandırılıb

...Misir Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində başladılan danışıqları dayandırıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 10 Aprel 2021, 11:44

Misir Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində başladılan danışıqları dayandırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Misir mənbələri məlumat veriblər.

 

İddia edilib ki, Misir Türkiyə ilə təhlükəsizlik sahəsində son zamanlarda yaradılmış təmaslarını və əlaqələrini dayandırıb.

 

Telekanal, öz mənbələrinə istinadla Misirin Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində danışıqlarını dayandırmasının səbəbini açıqlayıb və iddia edib ki, Türkiyənin Liviyadakı qüvvələri çıxarmaması, bu ölkədə İxvanəl-Muslimun hərəkatına aid kanalların fəaliyyətinin davam etməsi, danışıqların dayanmasının əsas səbəbidir.

 

Qeyd edək ki, 2013-cü ildə Misirdə hərbçilərin mərhum Məhəmməd Mursini devirməsi və İxvanəl-Muslimun hərəkatı üzvlərinin təqib və həbs edilmələrindən sonra Türkiyə ilə Misir hökumətləri arasında əlaqələr dayanıb. 

sss