Ermənistanın keçmiş səfiri Paşinyanı pəncərədən atacağına söz verib

...Qərar versəm, o zaman onu pəncərədən atacam şübhə etməyin

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 12:17

 (Ermənistan Baş naziri Nikol) Paşinyanı növbədənkənar seçkilər keçirməsə, pəncərədən atmaq məsuliyyətini öz üzərimə götürməyə hazıram.

 

İnterAz xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "armnews" televiziya şirkətinə verdiyi müsahibəsində bildirib.

 

"Öz növbəmi gözləyəcəyimi yazdım. Düşünürəm ki, kifayət qədər gözlədim və gördüm ki, heç kim bu adamı pəncərədən ata bilməz. Buna görə də indi bu məsuliyyəti öz üzərimə götürüb-götürməməyimə qərar verməliyəm. Qərar versəm, o zaman onu pəncərədən atacam şübhə etməyin", Mikael Minasyan bildirib.

 

sss