Rusiyada son sutkada daha 8704 nəfər COVID-19-a yoluxub

...Rusiyada son sutka ərzində daha 8704 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 10 Aprel 2021, 12:27

Rusiyada son sutka ərzində daha 8704 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 632 688 nəfərə çatıb.

 

Son sutka ərzində 402 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 102 649 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

sss