Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi edam edilib

Səudiyyə Ərəbistanı Məhkəməsi dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi barədə çıxarılan edam hökmünü icra edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 13:36

Səudiyyə Ərəbistanı Məhkəməsi dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi barədə çıxarılan edam hökmünü icra edib.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, üç hərbçi Məhəmməd bin Əhməd bin Yəhya Ukam, Şahir bin İsa bin Qasim Həqavi və Həmmud bin İbrahim bin Əli əl-Haziminin düşmənlə əlbir olmaları və dövlətin hərbi təhlükəsizliyi və milli mənafeyinə qarşı addımları sübuta yetdikdən sonra, barələrində qaldırılan “böyük xəyanət” ittihamına əsasən onlar edama məhkum ediliblər.

 

Əlavə edilib ki, onların edam hökmü bu gün icra edilib.

 

Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi üç hərbçinin hansı ölkənin lehinə addım atdıqlarını açıqlamayıb.

sss