Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

Suriyada yanacaq qıtlığından dolayı hökumət benzini limitlə vətəndaşlara satmaq məcburiyyətində qalıb.////

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 14:16

ABŞ sanksiyalarından dolayı son aylarda Suriyada yanacaqla bağlı yaşanan qıtlıq, İran neftinin bu ölkəyə çatmasından sonra qismən aradan qaldırılıb.

 

InterAz SalamNews-a istinadla xəbər verir ki, Suriyanın Banyas şəhərində yerləşən ölkənin ən böyük neft emalı zavodu bir müddət işini dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

 

Suriyanın Dövlət Neft Şirkərinin mənbələrinin məlumatına görə İran neftinin ölkəyə çatmasından sonra Banyas neft emalı zavodu işinə start verib və yaxın zamanlarda neft məhsulları ilə bağlı qıtlıq aradan qaldırılacaq.

 

Qeyd edək ki, bir milyon barel xam neft daşıyan İran gəmisi cari həftənin əvvəli Suriyanın Banyas limanına çatıb.

 

Suriyada yanacaq qıtlığından dolayı hökumət benzini limitlə vətəndaşlara satmaq məcburiyyətində qalıb.

 

Qeyd edək ki, ABŞ hökuməti ötən il Suriyaya qarşı sərt sanksiyalar qanunu təsdiqləyib. Bu sanksiyalar nəticəsində Suriya tələbatı olan qədər benzin və digər neft məhsullarını idxal edə bilmir. Suriya hökumət mənbələri bundan öncə bildiriblər ki, ölkəyə neft gətirən İran tankerləri bir neçə dəfə hücuma da məruz qalıblar.

 

sss