Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

...Epidemioloji vəziyyətlə bağlı 12 aprel tarixindən etibarən Rusiya ilə Türkiyə arasında hava nəqliyyatı bir aylıq məhdudlaşdırıla bilər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 14:56

Epidemioloji vəziyyətlə bağlı 12 aprel tarixindən etibarən Rusiya ilə Türkiyə arasında hava nəqliyyatı bir aylıq məhdudlaşdırıla bilər.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, hava nəqliyyatının tamamilə dayandırılması nəzərdə tutulmur.

 

Məhdudiyyətlər çarter uçuşlarının qadağan olunmasını, Türkiyədən gələnlər üçün 14 günlük karantin rejiminin tətbiq olunmasını əhatə edə bilər.

 

Eyni zamanda, yük-sərnişin uçuşlarının bir hissəsinin dayandırlacağı ehtimal olunur.

 

Xatırladaq ki, 8 apreldə Türkiyə Səhiyyə Nazirliyi pandemiya dövründə koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alıb, bir sutkada 55 mindən çox insanda virusa yoluxma aşkar edilib.

 

sss