Fransada koronavirus xəstələrinin 80 faizi Britaniya ştammı ilə yoluxub

Fransada son sutkada COVID-19 infeksiyasına 41 243 yeni yoluxma və 300 ölüm faktı qeydə alınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 15:21

Fransada son sutkada COVID-19 infeksiyasına 41 243 yeni yoluxma və 300 ölüm faktı qeydə alınıb.

 

İnterAz Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, ölkədə COVID-19 epidemiyası qurbanlarının ümumi sayı 98 367-yə çatıb. Xəstəxanalarda 30 326 koronavirus xəstəsinin müalicə olunduğu qeyd edilir. Reanimasiya şöbələrində 5 757 ağır vəziyyətdə olan virus xəstəsinin intensiv müalicə aldığı vurğulanıb. Epidemiya başlayandan xəstəxanalarda 307 674 koronavirus xəstəsi sağalıb.

 

Bu günə qədər Fransada ümumilikdə 4 980 501 nəfər COVID-19 virusuna yoluxub. Ölkədə uşaqlar və yeniyetmələr arasında koronavirusun geniş yayılması narahatlıq doğurur. Koronavirusa yoluxanların 80 faizində Britaniya ştammı olduğu bildirilir.

 

Virusun Paris və paytaxt ətrafında daha sürətlə yayıldığı bildirilərək, 10-19 yaş arasında yoluxmaların 45 faizə qədər artdığı diqqətə çatdırılıb.

sss